Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istəyirlər - PA rəsmisi

20:15 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istəyirlər.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

V.Quliyev bildirib ki, Vətən müharibəsindən sonra QHT yaratmaq istəyən şəhid ailələrinin nümayəndələrinin, müharibə iştirakçılarının sayı durmadan artır.

"Bu günə qədər 200-ə qədər bu yöndə QHT təsis edib, qeydiyyat üçün müraciət ediblər. Düşünürəm ki, onları əhatəli araşdırdıb, sonra qeydiyyat prosesini həyata keçirmək lazımdır. Çünki böyük əksəriyyəti hələ qeydiyyata alınmadan reketçilik fəaliyyəti ilə məşğul olur", - deyə V.Quliyev əlavə edib.

Oxunma sayı 129