Voleybolçularımız Çelenc Kubokunda növbəti mərhələdə

22:43 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xilasedici” klubu bu gün Bakıda 1/32 final mərhələsində cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, komandanın rəqibi Rumıniyanın “Steaua” klubu olub.

Səfərdə 0:3 hesabı ilə məğlub olan təmsilçimiz cavab matçında 3:1 hesabı ilə qalib gəlib. Kollektivlər arasında ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə Qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala adlayıb.

Növbəti mərhələdə komandanın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.