Xaçmazda Samur-Abşeron kanalında bir nəfər batıb

18:11 19.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı FHN yayıb.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.