XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM

09:53 18.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan XİN 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

"18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrimizin yenidən yüksəlişinin rəmzidir. Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinin 34-cü il dönümü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik və davamlı tərəqqi arzulayırıq".