Yağıntılı hava şəraiti bu gün tədricən kəsiləcək

11:38 02.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 02-si gündüzdən tədricən kəsiləcək, 03-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.