Yaponiyada 7,1 bal gücündə zəlzələ oldu

12:28 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ baş verib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. 

Məlumata görə, zəlzələnin episentri Kumamoto prefekturasında, təxminən 10 kilometr dərinlikdə olub. Ariake və Yatsuşiro dənizlərində sunami xəbərdarlığı edilib.