Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüş

10:46 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hökuməti tərəfindən həyata keçirilən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində bu ilin iyulun 18 və 19-da Suriya Ərəb Respublikasından 7-si qadın, 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası təmin edilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmin olunması vəziyyəti və mövcud ehtiyacları öyrənilib. Həmçinin qadın və uşaqların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də ombudsmanın mandatı barədə onlara ətraflı məlumat verilib.

Bununla yanaşı, müəssisənin rəhbəri tərəfindən təsisatın əməkdaşlarına repatriantların reabilitasiyası istiqamətində göstərilən xidmətlər barədə məlumat təqdim olunub. Görüşün yekununda aparılan müzakirələr əsasında müəssisə əməkdaşlarına müvafiq tövsiyələr verilib.