“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

11:57 20.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, şəhid polkovnik-leytenant Sadiq Məmmədov övladları - Səbinə və Sənan 2023 və 2024-cü illərdə buraxılış imtahanlarında yüksək nəticə ilə fərqləndiyindən “YAŞAT” Fondunun Almaniya və Böyük Britaniyada təşkil etdiyi yay məktəblərində iştirak ediblər.

Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

O, Xocavənd döyüşləri zamanı şəhid olub.

Üç övladı yadigar qalıb.