Yaşayış binasında yanğın - 2 nəfər zəhərlənib

21:24 06.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.