Yeni Qvineya sahillərində zəlzələ qeydə alınıb

09:47 27.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziya və Papua Yeni Qvineya dövlətlərinin ortaq ərazisi olan Yeni Qvineya adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın Cayapura şəhərindən 174 kilometr şimal-qərbdə, ocağı isə 63 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.