Yevlaxda ev yanıb

10:34 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yüksək temperaturdan taxtadan ibarət tavan 2 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.