Yazını böyüt
Yazını kiçilt
Türkiyədə tanınmış polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.
Hafta.az-ın yazdığına görə, şikayət əsasında yol hərəkəti qaydalarını yumoristik videolarla izah edən polis əməkdaşı Sərkan Durmuş haqqında intizam istintaqı başlayıb.
Jurnalist Rojda Altıntaşın sosial şəbəkədəki paylaşımına görə, Durmuş qısa müddətə fəaliyyətini dayandırıb.
İstintaq çərçivəsində məmurun maaşı kəsilib və “ictimaiyyətə icazəsiz məlumat ötürdüyünə” görə qısa müddətli işdən uzaqlaşdırılıb, “xidmət zamanı qadağan olunmuş hərəkətlərə yol verdiyinə” görə xəbərdarlıq edilib.
Durmuşun sosial şəbəkədə yol hərəkəti qaydalarını zarafatla izah etmək niyyətində olduğu, lakin bu paylaşımların intizam xarakteri daşıdığı bildirilib.