Zelenski üç ölkənin ADINI ÇƏKDİ

13:30 21.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Prezident Volodimir Zelenskinin Vladimir Putinlə potensial ikitərəfli görüşünün neytral Avropa ölkəsində keçirilməsini Ukrayna ədalətli hesab edir, həmçinin Türkiyəyə də qarşı deyil".

Hafta.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.

"Görüş yeri. Biz hesab edirik ki, görüşün neytral Avropa ölkəsində baş tutması ədalətlidir, avropalılar da bunu qeyd ediblər. Çünki müharibə Ukraynada və Avropa qitəsində gedir. Mən dedim ki, biz razılaşırıq. İsveçrə, Avstriya - biz razıyıq", - deyə o bildirib.

Görüş yeri kimi Türkiyə haqqında danışan Zelenski izah edib ki, bu, NATO ölkəsidir və Avropanın bir hissəsidir, ona görə də Ukrayna buna qarşı deyil.

Eyni zamanda, Ukrayna lideri vurğulayıb ki, Moskvada görüş baş tuta bilməz.

Görüş meydançası kimi Budapeştlə bağlı isə Volodimir Zelenski qeyd edib ki, bu gün üçün belə seçim asan deyil.

"Bu, asan deyil, çünki bu müharibə zamanı Ukraynanı dəstəkləməklə bağlı bütün Avropa ölkələri arasında birlik var. Və düzünü deyək ki, Budapeşt bizi dəstəkləmirdi. Mən demirəm ki, Orbanın siyasəti Ukraynaya qarşı idi, lakin Ukraynanın dəstəklənməsinə qarşı idi", - deyə o əlavə edib.