Zelenski zamanı Rusiyanın silahı adlandırıb

15:40 20.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski vaxtı Rusiyanın silahı adlandırıb. Ukrayna lideri bunu Pentaqonun saytında yayımlanan Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun iclasından əvvəl bəyan edib.

“Zaman Rusiya Federasiyasının silahı olaraq qalır. Biz sürətləndirməliyik. Zaman hava hücumundan müdafiə, artilleriya, zirehli transportyorlar və tanklar kimi ümumi silahımıza çevrilməlidir”, - deyə Zelenski bildirib.

Bundan əlavə, Ukrayna prezidenti Kiyevə artıq göstərilən yardıma görə müttəfiqlərə təşəkkür edib.