Suriyanın Atarib qəsəbəsində çökmüş binanın dağıntıları altından çıxarılaraq öldüyü güman edilən suriyalı məzarlıqda sağ tapılıb.
Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da böyük dağıntılara və minlərlə insan tələfatına səbəb olub.
Türkiyədə olduğu kimi Suriya da onlarla qurtuluş möcüzəsinin şahidi oldu, amma Əhməd əl-Mağribi adlı suriyalının hekayəsi eşidənləri heyrətə gətirir.
İngiltərənin Dailystar qəzetində yer alan xəbərə görə, Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü düşünülür.
Axtarış-xilasetmə qrupları kişinin cansız cəsədini şəxsiyyətinin müəyyən edilməsi üçün cəsəd torbasına qoyub və morqa aparıb.
Yerli mətbuatın məlumatına görə, iki gün morqda gözlədikdən sonra Əhməd əl-Mağribinin ailəsi ilə əlaqə saxlanılıb. Ailə kişinin şəxsiyyətini təsdiqləyib və meyiti basdırmaq üçün qəbiristanlığa gediblər.
Hamını təəccübləndirən o vaxta qədər ölmüş kimi görünən adam qəbiristanlığa çatanda yerindən tərpənməyə başlayıb.
Gözlərinə inanmayan yaxınları onu cəsəd torbasından çıxarıb yenidən xəstəxanaya aparıb.
Mütəxəssislər bildirir ki, ürəyi dayanan adamın yenidən həyata qayıtması çox nadirdir.