Zərrin Özərin psixoloji müalicəsi başa çatıb

10:00 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni Zərrin Özər bir müddət psixoloji problemlərlə mübarizə apardığı üçün müalicə olunmaq üçün Darülacəzədəki fiziki müalicə və reabilitasiya mərkəzinə yerləşdirilib. Müalicəsi başa çatan Özər evə buraxılıb. Sənətçi İnstaqram səhifəsində səhhəti ilə bağlı məlumat paylaşıb. O, "Dünəndən etibarən Hospisdə müalicəm bitdi. Növbəti mərhələdə Çam və Sakura xəstəxanasının həkimləri tərəfindən müalicə olunacağam" deyib və doktor Nurəttin Yiğitə təşəkkür edib.

Hafta.az-ın yazdığına görə, Ailə və Sosial Xidmətlər naziri Özdəmir Göktaş sənətçini ziyarət edərək sağalması üçün dua edib, müalicəsi zamanı hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.

Zerrin Özer 2022-ci ilin iyununda səhhətindəki problemlərə görə musiqidən ayrıldığını, lakin qısa müddət sonra geri döndüyünü açıqlayıb. O, sosial mediada şəxsiyyət pozğunluğu ilə mübarizə apardığını açıqlayıb və bununla bağlı hisslərini paylaşıb. Özər “Getmək istəyirəm. Mənə etiket vurulmaqdan bezmişəm" deyib.

Oxunma sayı 195