"Adalarda əzab" 2022-ci ilin ən yaxşı filmi seçilib

15:31 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransanın nüfuzlu kino jurnalı Cahiers du Cinéma 2022-ci ilin ən yaxşı filmlərinin top siyahısını dərc edib.

Siyahıya Albert Serranın “Adalarda əzab” əsəri başçılıq edir. Filmin süjetinə görə, yaradıcılıq böhranında olan yazıçı vətəninə Fransız Polineziyasına qayıdır və yerli səfirlikdə tərcüməçi kimi işə düzəlir, təhlükəli və kinsiz siyasi dünyanı kəşf edir. Film Kann Film Festivalında Qızıl Palma budağına namizəd olub.