"Afrika mənşəli amerikalı" deyimi bizə təhqirdir" - Morgan Friman

12:45 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nadir müsahibələrinin sonuncusunda Morgan Friman "Qaradərililərin tarixini anma ayı" və "Afrika mənşəli amerikalı" ifadəsinə münasibət bildirib.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, son olaraq Zak Braffın “A Good Person” filmində rol alan 85 yaşlı aktyor müsahibəsində irq məsələsindən danışıb. Məşhur aktyor “The Sunday Times Culture” jurnalına açıqlamasında deyib: "Sevmədiyim iki şeyi açıq deyə bilərəm: "Qaradərililərin tarixini anma ayı" təhqirdir. Tariximizi bir aya endirəcəksiniz? Həmçinin, "Afrika mənşəli amerikalı" ifadəsi də təhqirdir. Mən bu sifəti qəbul etmirəm. Qaradərililərin "n"lə başlayan sözə (ingilis dilində qaradərililər üçün alçaldıcı termindir -red.) qədər müxtəlif sifətləri var və bu günədək necə gəlib çatdıqlarını bilmirəm, amma hamı "Afrika mənşəli amerikalı" sözündən istifadə edir".

Aktyorun sözlərinə görə, dünyanın bu hissəsində qaradərililərin çoxu mulatlardır. İnsanlar isə Afrikadan sanki bir ölkədən danışırlarmış kimi danışırlar, hansı ki, Avropa kimi bir qitədir.

Qeyd edək ki, hər il oktyabr ayında Böyük Britaniyada və fevralda ABŞ-da qeyd olunan "Qaradərililərin tarixinin anma ayı" Afrika diasporunun tarixində mühüm insanları və hadisələri qeyd edir.

"A Good Person" filmində Florens Pugh gələcək baldızının ölümünə səbəb olan ölümcül avtomobil qəzasına düşərək dünyası dağılan rolu canlandırır. Çarəsiz bir qadın Frimanın canlandırdığı gələcək qayınatası ilə çətin dostluq qurur.