"Ana harayı" abidəsi ətrafında son hazırlıq - FOTO-REPORTAJ  

13:41 25.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq paytaxtın Xətai rayonundakı mərkəzi prospektdə yerləşən binalara, hasarların üzərinə soyqırımın dəhşətlərini göz önünə sərən plakatlar, posterlər yapışdırılıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Xocalı prospektində yerləşən binaların, mənzillərin, səkilərin kənarındakı hasarlara 3 dildə - Azərbaycan, rus və ingilis dillərində posterlər vurulub.

Posterlərdə soyqırımı zamanı 613 nəfər dinc sakinin bir gecədə erməni faşistləri tərəfindən öldürüldüyü, 8 ailənin tamamilə məhv edilsiyi qeyd olunub.

Bundan başqa, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinin önündə qərənfillərdən ibarət sərgi-kompoziaiya qurulmaqdadır. Onlar faciə günü təşkil olunacaq ümumxalq Xocalı yürüşünə hazırlıq gördüklərini bildirdilər.

Paytaxtın müxtəlif orta məktəblərində, eləcə də gimnqziyalarda təhsil alan şagirdlər, tələbələr abidəni ziyarət etməkdədir.

Əldə etdiyimiz məlumata görə abidənin çevrəsində təmizlik işlərini Xətai Rayon İcra Hakimiyyəti həyata keçirir və ərazidəki iməclik üçün onlarla işçi səfərbər olub.