Yazını böyüt
Yazını kiçilt
1-6 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərinə "MDB-nin mədəniyyət paytaxtı" statusunun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı da iştirak edib.
Bu barədə hafta.az-a Filarmoniyadan bildirilib.
Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin çıxışı böyük maraqla qarşılanıb.