"Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub" - Fuvad Zovfik

14:46 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda parlament seçkiləri prosesi yüksək səviyyədə təşkil olunub. Hafta.az-ın xəbərinə görə, bunu Maldiv adalarından müşahidəçilər heyətinin üzvü Fuvad Zovfik deyib.

Onun sözlərinə görə, Maldiv adalarından iki müşahidəçidən ibarət nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlib: “Bizi yaxşı qarşıladılar, dörd seçki məntəqəsində müşahidə üçün imkan yaradılıb”.

F.Zovfik bildirib ki, bütün seçki prosesi çox yaxşı təşkil olunub:

“Mən buradakı təşkilatçılıqdan məmnunam. Qeyd etmək istədiyim əsas amillərdən biri odur ki, səs vermək üçün çoxlu kabinələr var. Bu, növbələrin yaranmasının qarşısını alır və seçicilərə daha çox fikirləşmək imkanı yaradır”.