"The First Omen"in ulduzu: "Atam filmə baxanda az qalırdı bayılsın"

10:20 08.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"The First Omen" filminin ulduzu Nell Tiger Fri, ailəsinin qanlı filmi izləməkdə çətinlik çəkdiyini, atasının isə "az qala huşunu itirdiyini" açıqlayıb.

Hafta.az-ın “People”a istinadən yazdığına görə, film kilsəyə xidmət etmək üçün Romaya göndərilən amerikalı qadının öz inancını şübhə altına almasına səbəb olan qaranlıqla qarşılaşmasından bəhs edir.

“Omen: The First Prophecy” filmində keçən il "Living" filmi ilə Ən Yaxşı Aktyor nominasiyasında Oskar mükafatına namizəd olan Bill Nighi qaranlıq sui-qəsdi idarə edən keşiş rolunu oynayır.

Film 1976-cı ildə Qreqori Pekin baş rolda oynadığı məşhur “The Omen” filmindən təxminən 50 il sonra ekranlara çıxıb.

24 yaşlı Nell Tiger Fri “People”a deyib: "Anam qorxu filmlərini sevmir, baxarkən ürəyi bulanır, ona görə də premyerada yanımda oturmalı oldu. And içirəm ki, qolumda dırnaq izləri var. O, film boyu məni qucaqladı".

“Game of Thrones” filmi ilə də tanınan Fri, anasının “iştirak etdiyi filmlərdə başına pis nəyinsə gəlməsinə heç vaxt dözə bilməyəcəyini” deyib.

"Ekranda başıma çox pis şeylər gəldi. Başımdan güllə yarası aldım, diri-diri yandırıldım - çox şeylər..", - deyən aktrisa əlavə edib: "Deməli, anam bu filmdə çox çətin anlar yaşadı, xüsusilə də son səhnələrdə”.

Amerikalı aktrisa atasının filmə baxarkən az qala huşunu itirəcəyini bildirib.

Taufik Barhom, Sonya Braqa və Ralf İnesonun da rol aldığı “Omen: The First Prophecy” filminin rejissoru Arkaşa Stivensondur.

Harvey Stefens 1976-cı ildə iblis uşaq Demyen Forn rolunu oynayanda cəmi 5 yaşında idi, Pek və Li Remik övladlığa götürdüyü Robert və Ketrin Torn rolunda idi.

“The Omen” filmi tənqidçilərdən mənfi rəylər alsa da, kommersiya uğuru oldu və ABŞ-da 60 milyon dollardan çox gəlir əldə edib.

1976-cı ilin ən çox gəlir gətirən filmlərindən olan “The Omen” iki kateqoriya üzrə Oskar mükafatına namizəd olub və Cerri Qoldsmitə Ən Yaxşı Orijinal Skor mükafatını qazandırıb.

Oxunma sayı 254