102 saylı Samux-Şəmkir seçki dairəsində seçici fəallığı yüksəkdir - FOTO

11:52 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

102 saylı Samux-Şəmkir seçki dairəsindəki məntəqələr üzrə səhər saatlarında məntəqəyə gələnlərin sayı olduqca yüksəkdir. Qarlı hava şəraitinə baxmayaraq hər kəs seçkiyə gəlir.

Hafta.az-ın əməkdaşının dairə ərazisindən seçkinin gedişatı ilə bağlı verdiyi xəbərə görə, saat 10-a olan məlumata əsasən seçicilərin 14 faizi səs verib.
Ən yaşlı seçicinin 86 yaşı var. Məntəqəyə gəlib və səs verib. Yerli və beynəlxalq müşahidəçidirlər prosesi izləyirlər. Saat 10:00-a olan məlumata görə, hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

48 saylı məntəqədə bu vaxta qədər 98 nəfər səs verib.

Məntəqə üzrə seçici sayı 1430-dur.

Qaralar kəndindəki 49 saylı məntəqədə 65 nəfər səs verib ki, bu da 12 faiz anlanmına gəlir.

Qaracəmirli kəndindəki 44 saylı məntəqədə isə 89 nəfərin səs verdiyi bildirilir. Seçicilərin şəffaf kecirildiyi vurğulanır.

Bununla belə, 102 saylı dairənin Qarabağlar, 31 saylı Sərkar, 12 saylı Əhmədbəyli kənd məntəqələrində bəzi müdaxilə hallarının olduğu aşkarlanıb.

Belə ki, məntəqələrin çölündə bəzi insanlar seçiciləri səsvermə ilə bağlı yönləndirməyə çalışıblar. Bununla bağlı Dairə Seçki Komissiyasına məlumat verildiyi, artıq 31 saylı məntəqə ilə bağlı müvafiq ölçü götürüldüyü bildirilir.