Rusiyanın məşhur avanqard rəssamlarından olan Eliy Belyutinin həyat yoldaşı Nina Moleva 98 yaşında dünyasını dəyişib. Molevanın vəsiyyətindən 2 milyard dollarlıq sürpriz çıxdı.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, Nina Moleva şəxsi rəsm kolleksiyasını Vladimir Putinə şəxsən vəsiyyət edib.
Kolleksiyada Da Vinçi, Velaskes, Tiziano, Rembrandt və Mikelancelo kimi rəssamların rəsmlərinin olduğu iddia edilir.
Bununla belə, qəzet qeyd edib ki, sözügedən kolleksiya haqqında hələ Sovet İttifaqı dövründən bəri şayiələr var. Bu söz-söhbətlərə görə, kolleksiyadakı rəsmlər orijinal deyil.
Qəzet yazıb ki, rəsmlərin ekspertizası üçün Mədəniyyət Nazirliyi tərəfindən ekspert komissiyasının yaradılması gözlənilir. Əgər rəsmlər orijinaldırsa, onların sənət aləmində “sensasiyalı təsir” yaradacağı gözlənilir.