20 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail oldu - Əli Əsədov

12:02 05.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da keçirilən 1 günlük antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib”.

Hafta.az xəbər verir ki, bunu, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, ötən ilin büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən qaldırılan bir çox məsələlər bu il öz həllini tapıb.

Ə.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyinin qeyd edildiyi bir ərəfədə, ötən 20 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, Azərbaycanın siyasi iqtisadi imkanları genişlənib, müasir ordu yaradılıb.