23 saylı Nəsimi-Səbail dairəsi üzrə seçkilər normal keçir - FOTO- REPORTAJ

10:23 09.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir. Hafta.az-ın verdiyi məlumata görə, Seçki prosesi ümumilikdə 125 dairəni, 5573 seçki məntəqəsi əhatə edir. Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb.

Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib. Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparır. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb. Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb. Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək. Seçki üçün 5 387 600 bülleten çap edilib. Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 

Hal-hazırda 23 saylı Nəsimi-Səbail dairəsinin 15 saylı seçki məntəqəsindəyik.

Məntəqə sədri Mehdiyev Fərid deyir ki, 1222 nəfər seçici var: "Aktivlik yüksəkdir. 11 namizəd qeydə alınıb. Təzə başlamasına baxmayaraq seçicilər aktiv şəkildə gəlirlər, öz namizədlərinə səs verirlər. Heç bir qanun pozuntusu qeydə alınmayıb".

Baş çəkdiyimiz digər məntəqədə də proses öz axarı ilə davam edir.

15 saylı məntəqənin sədri Dilşad Əsgərova dedi ki, 1290 seçiciləri var. Onlar 11 nəfər namizədə səs verəcəklər:

"Hələ ki, heç problem yoxdu. Hava şəraiti ilə əlaqədar olaraq aktivlik azdir. Gün təzə başlaylb. Aktivlik günün sonuna doğru artacaq".

Seçicilər isə bildirirlər ki, onlar da hava şəraitin soyuq keçməsinə baxmayaraq seçkidə iştirak etməyi özlərinə borc bilirlər: "Hər bir vətəndaş seçkidə aktiv olmalıdır. Bizim səsimiz çox şeyi dəyişə bilər. Ona görə gəlmişik. Gəlməyənləri də səsləyirik ki, gəlsinlər, səs versinlər, öz namizdələrini qalib etsinlər".

23 saylı Nəsimi-Səbail dairəsi üzrə  20 nömrəli məntəqə də də olduq.

Məntəqə sədri Fainə Ələkbərova hafta.az-a dedi ki, burada 1227 seçicinin səsverməsi nəzərdə tutulub:

"Onlar 11 namizədə səs verəcək. İndiyə qədər 100 ə yaxın adam səsvermə hüququndan istifadə edib. Görünən odur ki, hava şəraitinə görə aktivlik azdır. Lakin fəallığın artacağını düşünürük".

Baş çəkdiyimiz məntəqələrdə müçahidəçilər də heç bir qanun pozuntusuna rast gəlmədiklərini söylədilər.