Yazını böyüt
Yazını kiçilt
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsində seçicilərin öz namizədlərinə səs vermələri üçün hər cür şərait yaradılıb.
Məntəqə sədri Fəridin Mehdiyevin hafta.az-a verdiyi məlumata görə, hazırda 150 nəfər sesvermədə iştirak edib: "Hal-hazırda səsvermə normal şəraitdə davam edir. Səsvermə prosesinin tam şəffaf çəkildə keçirilməsi üçün bütün şərait yaradılıb".
Müşahidəçilər və seçicilər də, hər hansı qanun pozuntuları ilə rastlaşmadıqlarını da bildirdilər.
23 saylı Nəsimi- Səbail seçki dairəsinin 14 saylı seçki məntəqəsinin sədri Dirşad Əskərova dedi ki, hazırda 185-ə qədər seçici iştirak edib:
"Hələ ki, heç bir problem aşkarlanmayıb. Seçicilər fəallıq göstərirlər. Bu da çox yaxşı haldır".