25 min manatlıq avadanlıq oğurlanıb

17:28 07.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai və Qaradağ rayonlarında transfarmator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurluq edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrindən oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Oxunma sayı 222