2540 abituriyent onlayn qeydiyyatdan keçib - UNEC 

13:14 05.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan abituriyentlərin onlayn qeydiyyatı davam edir.

UNEC-dən hafta.az-a bildirilib ki, oktyabrın 5-nə olan məlumata görə, universitetə qəbul olan abituriyentlərdən 2540 nəfəri onlayn qeydiyyatdan keçib. Abituriyentlərin rahat şəkildə qeydiyyatdan keçməsi üçün Sənəd qəbulu komissiyası, eləcə də fakültələrdə katibliklər fəaliyyət göstərir. Abituriyentlərin qeydiyyatla bağlı bütün müraciətləri operativ cavablandırılır. Onlayn qeydiyyat prosesinin necə həyata keçirildiyi barədə videotəlimat da hazırlanıb.

Abituriyentlərin qeydiyyatı oktyabrın 7-dək davam etdiriləcək.