27 kənd mavi yanacaqsız QALIB

10:23 28.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazın Qusarçay kəndi istiqamətində istismarda olan qaz xətti naməlum avtomobil tərəfindən vurularaq qırılıb.

Hafta.az xəbər verir ki, qəza ilə əlaqədar rayonun 27 kəndində 6500-dən çox abonentə qazın verilməsi dayandırılıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, ortatəzyiqli yeratı polietilen qaz xəttindən ayrılan 159 mm-lik qaz xətti hazırda təmir olunur. Günün ikinci yarısında kəndlərə təbii qazın verilməsi nəzərdə tutulub.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.