7 ildən sonra məşhur döyüş seriyası üçün yeni film

10:30 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Jason Bourne” yenidən doğulur... “Universal”, “Jason Bourne” serialına “İm Westen nichts Neues”in rejissoru Edvard Bergerin çəkəcəyi yeni bir film əlavə etməyi planlaşdırır.

Hafta.az-ın “Hollywood Reporter”ə istinadən yazdığına görə, ilk dəfə “Deadline” tərəfindən açıqlanan xəbərə görə, yeni “Bourne” layihəsi hazırda inkişafın ilkin mərhələsindədir.

2000-ci illərin əvvəllərində oynadığı rolla aksiyon ulduzuna çevrilən Mett Deymonun da layihədə yer alması ehtimalı olsa da, bu mərhələdə ulduzlarla nə ssenari, nə də anlaşma var.

Deymon 2002-ci ildən 2007-ci ilə qədər trilogiyada Born obrazını canlandırıb, 2016-cı ildə “Jason Bourne”də də bu rolu yenidən oynayıb.

Yazıçı Robert Ludlumun romanları əsasında çəkilən filmlər yaddaşını itirmiş və öz ölkəsi tərəfindən ovlanan dövlət agentindən bəhs edirdi.

Ceremi Renner 2012-ci ildə "The Bourne Legacy" adlı spin-offda rol alıb.

Alman əsilli rejissor Edvard Bergerin iki saat yarımlıq müharibə filmi “İm Westen nichts Neues” bu il namizəd olduğu 9 Akademiya Mükafatından 4-nü qazanmağı bacarıb.

53 yaşlı Berger də ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasına namizəd olub. Film Eriks Mariya Remarkın 1928-ci ildə yazdığı eyniadlı romanından böyük ekrana uyğunlaşdırılıb.

Rejissor Netflix-də yayımlanan I Dünya Müharibəsi filmini, alman dilində səsləndirilən filmlərə öyrəşməmiş yeni tamaşaçılara da təqdim edib.

Berger əvvəllər hər ikisi Berlin Film Festivalında nümayiş etdirilən 2014-cü il istehsallı “Jack” ve 2019-cu ildə çəkilmiş “All My Love” kimi ekran əsərlərinə görə tənqidçilərdən müsbət rəylər almışdı.

Oxunma sayı 276