9 ayda əhaliyə nə qədər pensiya və sosial müavinət verilib?

17:25 07.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 

9 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hafta.az-a bildirilib ki, nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Bu təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8% və ya 853,8 mln. manat çox olmaqla 4 mlrd. 302 mln. manat ödənilib.