II Sumqayıt Kitab Sərgisi keçiriləcək

13:14 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə II Sumqayıt Kitab Sərgisi keçiriləcək.

Hafta.az xəbər verir ki, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərginin isə daha rəngarəng proqram və çoxçeşidli kitablarla tamaşaçılara təqdim olunacağı gözlənilir.

Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 faizədək endirimlər ilə qonaqların yadında qalacaq. Bundan əlavə, kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.

Oxunma sayı 2601
Mədəniyyət rubrikasından digər xəbərlər