İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə bəyanatı yayılıb.
Hafta.az təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, bəyanatda ICESCO-nun üzv dövlətlərdə muzeylərin fəaliyyətini dəstəkləməkdə davam edəcəyi vurğulanıb.
Bəyanatda deyilir: “Muzeylərin əhəmiyyətini vurğulamaq, davamlı inkişafa nail olunmasında onların rolu haqqında məlumatlılığı artırmaq və muzeylər arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il mayın 18-də dünyada Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu əlamətdar gün təşkilatın İslam dünyasında muzey institutlarına dəstək vermək öhdəliyini təkrarlamaq üçün bir fürsətdir”.
ICESCO qeyd edib ki, bu ilin mövzusu olan “Muzeylər, davamlılıq və rifah” kontekstində təşkilat muzey kolleksiyalarının mühafizəsi və qiymətləndirilməsi siyasətini gücləndirmək səylərinə dəstəyini bir daha təsdiqləyir və səlahiyyətli orqanları nümayiş üsullarını inkişaf etdirməyə və bu sahəyə diqqəti artırmağa çağırır. Muzey müəssisələrinin ictimai birliyin gücləndirilməsində, həmrəylik dəyərlərinin möhkəmlənməsində və cəmiyyətlərin rifahına töhfə verən mədəni müxtəlifliyin işıqlandırılmasında rolu dünyanın şahidi olduğu sürətlənən çağırışlar fonunda aktual tələbata çevrilib.
ICESCO bu kontekstdə özünün baş qərargahında Müsəlman Dünyası Liqası ilə birgə Peyğəmbərin Sirah və İslam sivilizasiyasının Beynəlxalq Muzeyi və sərgisinə ev sahibliyi edir. Sərgidə ən müasir nümayiş texnologiyalarından istifadə etməklə bir milyon yarımdan çox insana beş ay müddətində İslam dininin mənşəyi, Peyğəmbərin (s) sirrinin təfərrüatları, mərhəmət, ədalət, birgəyaşayış və sülhə əsaslanan İslam dəyərləri barədə eksponatlar təqdim olunur.
Bəyanatda vurğulanıb ki, 3 minə yaxın muzeyin olduğu İslam dünyası ölkələrində muzeylərin ictimai yaddaşın qorunmasına və davamlı inkişafa nail olunmasına töhfə verməklə fəaliyyət göstərən qurumlar kimi əhəmiyyətinə uyğun olaraq, ICESCO öz baxışı və strateji istiqamətlərinin bir hissəsi kimi bilik mübadiləsini və multikultural dialoqu asanlaşdırmaq istiqamətində irs mütəxəssisləri üçün potensialın artırılması və İslam dünyasında muzeylər şəbəkəsinin genişləndirilməsi proqramlarının və təşəbbüslərinin həyata keçirilməsinin davam etdirilməsi sahəsində əlavə tədbirlər görür.