“İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi üzv ölkələrin dövlət və özəl media qurumlarını kino, televiziya, radio və jurnalistika layihələrini istiqamətləndirməyə, sosial şəbəkələrdə islamofobiya və dini simvolların təhqir olunması fenomeni ilə mübarizə üçün məhsullar təklif etməyə çağırıb. İslam Əməkdaşlıq Təşkilatı elan edib ki, İslam dini birgəyaşayış, dözümlülük və bir-birinə hörmət doğuran, həmçinin zorakılıq, dözümsüzlük və nifrəti rədd edən tolerantlıq prinsiplərini gücləndirmək istəyir”.
Hafta.az-ın yazdığına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Departamentinin rəhbəri Vecdi Sindi Təşkilatın Radio və Televiziya İttifaqının fövqəladə iclasında "mediaya hörmətsizliyə qarşı mübarizə" mexanizminin müzakirəsi zamanı deyib. İsveçin paytaxtında Qurani-Kərimin nüsxəsinin yandırılmasından sonra təşkilat dini simvolların təhqir olunmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
İnformasiya şöbəsinin müdiri bildirib ki, bu, qurumun icraiyyə komitəsinin Quranın yandırılması ilə bağlı fövqəladə iclasının yekun bəyanatıdır. Baş Katibliyin qərargahında keçirilən iclasda təkrarlanan tədbirlər üçün yol xəritəsini və vahid planı təşkil edən 26 bənd müzakirə edilib.
Sindi İƏT-in Media Departamenti, İslamofobiya Rəsədxanası və İnformasiya və Mədəniyyət Məsələləri üzrə Daimi Komitəsi (COMIAC), İƏT Radio və Televiziya Assosiasiyası tərəfindən təmsil olunan media bölmələrinə işarə edib. Təşkilat nifrət nitqini və dözümsüzlüyü təşviq edən bəzi KİV-ləri məsuliyyətə cəlb etmək və İslam Əməkdaşlıq Təşkilatının islamafobiya ilə mübarizə üzrə media strategiyasını həyata keçirmək üçün milli mexanizmin yaradılması üzərində çalışdığını açıqlayıb.