İsrailin Metula qəsəbəsinin meneceri Azulay qatıldığı radio proqramında qəzzalıların dəniz yolu ilə Livandakı qaçqın düşərgələrinə kütləvi şəkildə deportasiya edilməsini təklif edib.
Hafta.az-ın "Jerusalem Post" qəzetinə istinadən yazdığına görə, Azoulay, "Qəzzədə olan hər kəsə deyin ki, sahilyanı bölgələrə getsinlər. Hərbi Dəniz Qüvvələrinin gəmiləri onları Livan sahillərinə atmalıdır. Osventsimdəki kimi bütün Qəzza zolağı boşaldılmalı və hamarlanmalıdır". deyib.
Azulay, Həmas-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumun "ikinci Holokost" olduğunu iddia edərək deyib ki, bir muzey nümayişi kimi, Qəzzanı “kimsəsiz və viran qoymaq lazımdır”.
İsrailin insanları (Qəzzada) cənuba getməyə çağırmaq əvəzinə sahilə yönəltməli olduğunu müdafiə edən Azulay "Qoy Qəzza İsrail Dövlətinin imkanlarını nümayiş etdirən və hər kəsi orada yaşamaq fikrindən daşındıran muzeyə çevrilsin. Onlara vizual təqdimat vermək üçün bunu etmək lazımdır" deyib.
Qeyd edək ki, 2-ci Dünya Müharibəsi illərində nasistlər kütləvi qətllər törətmək üçün müxtəlif ölkələrdə konsentrasiya və məhvetmə düşərgələri yaratdılar. Bu düşərgələrin ən böyüyü Polşadakı Auşvitz-Birkenau idi. Auşvitz yəhudi soyqırımının simvoludur, çünki təxminən 6 milyon yəhudi konsentrasiya düşərgələrində öldürülüb. O cümlədən, təkcə Auşvitz düşərgəsində təxminən 1,1 milyon yəhudinin öldürüldüyü təxmin edilir.