İstanbulda daha bir yeraltı dəhliz tapıldı

10:39 30.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) baş katibinin müavini Mahir Polat şəhərin altında əvvəllər məlum olmayan və girilməmiş dəhlizin olduğunu açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Polat tapılan dəhliz üçün bərpa işlərinin davam etdiyini və 2 ay sonra İstanbullulara təqdim ediləcəyini açıqlayıb.

Kəşfi sosial media hesabında paylaşan Polat, “Yenə inanılmaz bir dəhliz kəşf etdik. Sizlərə təqdim etmək üçün onun bərpasını sürətlə davam etdiririk. 2 aydan sonra qapılarını sizin üzünüzə açacağıq. İstanbulun yeraltı, daha əvvəl heç kimin görmədiyi gizli zirzəmiləri, İstanbulun tarixi əsərlərini bir-bir İstanbula gətirməyə davam edirik” deyib.

İstanbulun Saraçhanəsindəki bina ilə üzbəüz yerləşən 500 illik Polyeuktos kilsəsinin xarabalıqlarında aparılan qazıntı zamanı 1500 illik yeraltı dəhliz aşkar edilib. 1960-cı illərdə Müqəddəs Polyeuktos kilsəsində qazıntılar aparılarkən, yeraltı keçidin tikintisi zamanı kilsəyə aid bəzi tarixi əsərlər aşkar edilmişdi. 5-6 illik qazıntı işlərindən sonra kilsə ilkin vəziyyətinə qaytarılıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Mədəniyyət İdarəsinə bağlı İMM Miras qrupları tərəfindən Müqəddəs Polyeuktos kilsəsinin yerləşdiyi Saraçhanə Arxeoloji Parkında 8 iyun 2022-ci ildə qazıntı işlərinə başlanılıb.

Haşim İşçan aşırımından təxminən 20 metr aralıda işlərin aparıldığı ərazidə yeraltı dəhliz aşkarlanıb.