Abdolbari Gozalin dəfn yeri bəlli oldu

11:41 19.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ötən gün “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat edib.

Hafta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 76 yaşında Dubayda dünyasını dəyişən tanınmış iş adamının dəfn mərasimi də elə bu şəhərdə təşkil olunacaq. Mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra planlaşdırılmışdı.

Abdolbari Gozalin Bakıda da yas mərasimləri nəzərdə tutulub.

Qeyd edək ki, Gozal ailəsi Bakı ilə yanaşı, Dubayda da yaşayır.