Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin gündəlik xam neft istehsalı artıb. Ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 92 min barel artaraq sutkada orta hesabla 13 milyon 799 min barel olub.
Hafta.az ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 509 min barel azalaraq sutkalıq 5 milyon 888 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 34 min barel geriləyərək gündəlik 4 milyon 840 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 720 min barel olacaq.