HBO-nun məşhur "The Last of Us" serialının uğurundan sonra daha bir video oyun adaptasiyası ad çıxarır.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Amazon, yeni macəra “Fallout”un Prime Video-dakı bütün seriyalar arasında ikinci ən yaxşı başlanğıc olduğunu elan edib.
Prime Video nümayəndəsinin sözlərinə görə, yayım xidmətində ilk 16 gündə “Fallout”u 65 milyondan çox insan izləyib. Amazon bildirib ki, bu rəqəm 2022-ci ildə “Lord of the Rings: The Rings of Power”dən bəri ən yaxşı debütüdür.
Açıqlamada “Fallout”un bu müddət ərzində Prime Video-nun dünya üzrə ən çox baxılanlar siyahısında birinci yerdə olduğu və 170 ölkədə bir nömrə olduğu da ifadə edilib.
Fallout xüsusilə İngiltərə, Fransa və Braziliyada sevilib.
Amazon həmçinin deyir ki, “Fallout” 18-34 yaşlı böyüklər arasında ən çox baxılan serialdır və izləyicilərin 60 faizi ABŞ-dan kənarda yaşayır.
Serial tənqidçilər arasında da populyar olduğunu sübut edib. “Fallout”, kino və televiziya yazıçılarının “Rotten Tomatoes” icmal saytındakı şərhlərinə əsaslanaraq, 100 baldan 93 bal almağı bacarıb.
“Variety” üçün yazdığı rəydə Aramide Tinubu deyir: "Qəribə, lakin hədsiz dərəcədə əyləncəli olan “Fallout” əvvəllər gördüyünüz heç bir şeyə bənzəmir. Yalnız bu, sizi ona yapışdıracaq".
Digər tərəfdən, Amazon artıq “Fallout”un ikinci mövsümünü təsdiqləyib.
Eyni adlı video oyun seriyasına əsaslanan serial apokalipsisdən 200 il sonra baş verir.
8 seriyadan ibarət serialın mövzusunu Amazon belə xülasə edir: “Dəbdəbəli nüvə bunkerlərinin yaxşı davranışlı sakinləri onları səthdə gözləyən inanılmaz dərəcədə mürəkkəb, kifayət qədər qəribə və çox vəhşi dünyaya addım atmağa məcbur olurlar”.
Bütün zamanların ən böyük video oyunlarından birinə əsaslanan “Fallout”, heçlik dünyasında nəyəsə sahib olmaq uğrunda mübarizənin hekayəsindən bəhs edir.
Baş rollarda Ella Purnell, Aaron Moten, Kil MakLaçlan, Ualton Goggins, Moyses Arayas, Sarita Çoudhuri, Maykl Emerson, Leslay Uggams, Franses Turner, Dav Register, Zaç Çerri, Cony Pemberton, Rodrigo Luzzi, Annabel O'Hagan və Xelia kimi ulduzlar çəkilir.