“Aşıq sənətində gənclik və sənətin gələcəyi” adlı layihənin icrası başa çatıb

09:14 01.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hafta.az-ın yazdığına görə, QHT sədri Nemət Qasımov bildirib ki, iki aylıq layihə çərçivəsində Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması istiqamətində internet resursları üzərindən təbliğedici iş aparılıb.

İki aylıq (iyul-avqust) layihə çərçivəsində gənclər arasında zəngin aşıq sənətinin, qədim musiqi alətlərinin təbliği məqsədilə hazırlanan 5 yazının hər biri 6 yerli internet resursunda, eyni zamanda digər sosial şəbəkə, qrup və səhifələrdə ictimailəşdirilib.