Avropa Komissiyasından TikTok qadağası

20:36 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyası işçilərinə Çinin sosial media tətbiqi TikTok-dan şirkət telefonlarında istifadə etməyi qadağan etdiyini açıqlayıb.

Çində yerləşən sosial media tətbiqi TikTok Avropa Komissiyasında qadağan edilib. Avropa Daxili Bazar Sorumlusu Thierry Breton tərəfindən edilən açıqlamada TikTok-un şirkət telefonlarında istifadəsinin qadağan edildiyi açıqlandı. Çinin ByteDance şirkətinə daxil olan TikTok tətbiqinin kibertəhlükəsizlik səbəbi ilə qadağan edildiyi açıqlanıb.

Mövzu ilə bağlı TikTok rəsmilərinin verdiyi açıqlamada komissiyanın qərarının məyusluğa səbəb olduğu bildirilib. O da bildirilir ki, indiyədək məsələ ilə bağlı Komissiya ilə heç bir əlaqə yaradılmayıb.