“Ayta” yakut filmi Rusiyada yasaqlandı

09:05 25.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada rabitənin monitorinqinə cavabdeh olan dövlət qurumu “Roskomnadzor” 2022-ci ildə Yakutiya filmi olan “Ayta”nın nümayişini qadağan edib. Rejissor Stepan Burnaşevin çəkdiyi filmə qadağa qoyulmasına səbəb onun “Rusiya xalqlarının birliyi prinsipinə zidd olan dağıdıcı məlumatların olması” olub.

Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, “Roskomnadzor”un açıqlamasında “Filmdə etniklər arasında bərabərsizliyin olduğu, yaxşı personajların bir etnik, pis obrazların isə başqa etnik mənsubiyyətdən olduğu” iddia edilib.

Filmin rejissoru Burnaşev qərara etiraz edib və bildirib ki, onun filmi insanları “bizdən” və “bizdən deyil” deyə bölmənin faciəyə gətirib çıxaracağını göstərən hekayədir.

2023-cü ilin martında Rusiyada ekranlara çıxan “Ayta” kassada 26,4 milyon rubl (275 min dollar) toplayıb. Film Yakutiyada çəkilən filmlər arasında ən çox gəlir gətirən filmdir.

Rusiyanın aparıcı yumoristik kino tənqidçilərindən olan Yevgeni Bajenovun (BadComedian) “Roskomnadzor”un VK səhifəsində bloklanmasından sonra filminin qadağan edilməsi aktual mövzu olub. YouTube-da 6 milyon abunəçisi olan Bajenov “Roskomnadzor”dan filmin niyə qadağan olunduğunu soruşub.