"Global Power" hərbi hava qüvvələrinin gücünə görə dünya ölkələrinin siyahısını hazırlayıb.
Hafta.az yazır ki, 100 ölkədən ibarət siyahıda hərbi hava qüvvələrində mövcud olan təyyarələr, helikopterlər, insansız hava vasitələri, hava hücumundan müdafiə silahları, canlı hərbi qüvvələr və sair nəzərə alınıb.
"Global Power" bildirir ki, 100 ölkədən ibarət siyahıda sonuncu yerdə Çad dövləti dayanır. Son üçlüyü bölüşən Sloveniya 99-cu, Panama isə 98-ci yeri bölüşür.
Siyahıya, gözlənildiyi kimi, ABŞ başçılıq edir. Birləşmiş Ştatlardan sonra - 2-ci yerdə Rusiya, 3-cü yerdə Çin qərarlaşıb. Hindistanən 4-cü, Cənubi Koreyanın 5-ci, Yaponiyanın 6-cı, Pakistanın 7-ci, Fransanın 8-ci, Türkiyənin 9-cu oldiğu siyahıda ilk onluğu elə 10-cu pillədə Misir tamamlayır. Şimali Koreya hava qüvvələrinin gücünə görə dünyada 11-ci, Səudiyyə ərəbistanı 12-ci, Avropanın nəhənglərindən olan İtaliya 13-cü, Böyük Britaniya 15-ci, Almaniya isə 17-cidir. Qapı qonşumuz İran 24-cü pillədə qərar tutur.
Azərbaycanın 61-ci pillədə yer aldığı siyahıda, keçmiş sovet respublikalarından Ukrayna 33-cü, Belarus 48-ci, Özbəkistan 51-ci, Türkmənistan 82-ci, qonşu Gürcüstan isə 85-ci yerdədir. Mənfur qonşumuz Ermənistan isə 100 ölkə arasında 86-cı pillədə qərarlaşıb.