Azərbaycan neftinin qiyməti 123 dollara çatır

14:12 25.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 122,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 121,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 115,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel çoxdur.

Oxunma sayı 44