Azərbaycana hər bir tibbi yardımı etməyə hazırıq - Türkiyənin Səhiyyə naziri

12:19 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınamış, və işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Türkiyəli nazir Azərbaycana hər bir tibbi yardım etməyə hazır olduqlarını qeyd edib.

Səhiyyə naziri Oqtay Şirəliyev də öz növbəsində türkiyəli həmkarına minnətdarlığını bildirərək qardaş Türkiyəyə daimi dəstəyinə görə təşəkkür edib.

Əməkdaşlıq əlaqələri nazirliklərin aidiyyəti qurumları səviyyəsində davam etdirilməkdədir.

Oxunma sayı 213
Sosial rubrikasından digər xəbərlər