Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

16:53 21.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət 2023-cü il 1 mart saat 06:00-dək olan dövrü əhatə edib.