Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub

19:21 16.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

Hafta.az xəbər verir ki, Xocavəndə səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub.

Qərargahın üzvlərinə, həmçinin ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.