Bağdadda əcnəbi jurnalist qaçırıldı

22:03 31.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraqın paytaxtı Bağdadda naməlum şəxslər əcnəbi jurnalisti qaçırıblar.

Hafta.az xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin DİN-i jurnalistin hansı ölkənin vətəndaşı olduğunu açıqlamayıb. Bir şübhəli şəxs həbs edilib. Qurumdan əlavə ediblər ki, jurnalistin azad edilməsi üçün səylər göstərilir./redaktor.az/