Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni qatar buraxılacaq

15:27 28.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.